Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan
minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, fevralın 14-dən
19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 27,
tank əleyhinə 15 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 115,8 hektar ərazi mina və partlamamış hərbi
sursatlardan təmizlənib.

Teqlər: