Aytac Əliyevanın qətlində təqsirləndilirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Xəbər - Samir Əli – Trend:

Qəbələ rayonu ərazisində Aytac Əliyevanın qəsdən öldürülməsi
faktı ilə bağlı Rüfanə Nəbiyeva Cinayət Məcəlləsinin 29, 144.2.3
(adam oğurluğuna cəhd – bir qrup şəxs, qabaqcadan əlbir olan bir
qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam
oğurluğuna cəhd – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün
təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə
təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorıuğun Mətbuat xidmətindən AzerTimes-ın
sorğusuna cavab olaraq bildirilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: