AYİB Qafqaz üzrə yeni direktor təyin etdi

AYİB Qafqaz üzrə yeni direktor təyin etdi

Alkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə direktoru, regional rəhbəri təyin edilib. O, vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən Tiflisdə başlayacaq.

AzerTimes xəbər verir ki, Drakinos bankın Kişinyovda yerləşən Moldova üzrə nümayəndəliyinin rəhbəri təyin edilmiş Katarina Byorlin Hanseni əvəz edəcək.

Drakinos AYİB-in müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, Bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.

Drakinos Afina Universitetini İqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirmiş və Afinadakı Panteion Universitetində Regional İnkişaf üzrə Magistr dərəcəsi, ardınca isə Mançester Biznes Məktəbində MBA dərəcəsi almışdır. O, həmçinin London Biznes Məktəbinin Korporativ Maliyyə Proqramını bitirib.

Teqlər: