AYİB Azərbaycanda layihə ilə bağlı kreditin təsdiqlənmə müddətini açıqlayıb

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Gəncə şəhərində bərk tullantıların yığılması infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycan hökumətinə 10 milyon avro kredit ayrılması barədə qərar qəbul etmişdi.

AzerTimes-ın banka istinadən məlumatına görə, kreditin təsdiqlənmə müddəti açıqlanıb.

Qeyd olunur ki, kreditin təsdiqlənməsi bu il martın 9-na planlaşdırılıb.


Layihə tullantıların idarə olunmasının keyfiyyətinin artırılmasına və tullantıların yığılması prosesinin ətraf mühitə mənfi təsirinin azaldılmasına xidmət edəcək.

Teqlər: