Ayfon-14 istifadəçiləri şikayətçidir

Ayfon-14 istifadəçiləri şikayətçidir

Ayfon 14-ün satışa çıxarılmasından bir ildən az vaxt keçsə də, bu telefonun sahibləri onun enerjisinin tez bitməsindən şikayət edir.

AzerTimes xəbər verir ki, bu barədə iMore portalı məlumat yayıb.

Məlumata görə, bəzi cihazlarda akkumulyator tutumu 87%-ə düşüb.

Mütəxəssislər bunun bu yay bəzi bölgələrdə anomal yüksək temperatur və ya istifadə olunan batareyaların keyfiyyətsizliyi ilə bağlı ola biləcəyini ehtimal edirlər.

Teqlər: