Axtarışda olan keçmiş məhkum avtomobil oğurladı

Abşeronda axtarışda olan keçmiş məhkum avtomobil oğurlayıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Abşeron Rayon Polis İdarəsinə mayın 11-də saat 1 radələrində
Masazır qəsəbəsi ərazisindən Quba rayon sakini P.Əkbərova məxsus
“Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil
olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən
əvvəllər məhkum olunmuş İntiqam Məmmədov avtomobillə birgə
saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama
məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat
vasitəsi ələ keçirmə) ilə, həmçinin borclu qismində axtarışda
olması müəyyən olunub.

Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Teqlər: