Axar.az-ın Güney versiyası 6 yaşını qeyd etdi

Axar.az-ın Güney versiyası 6 yaşını qeyd etdi

Bu gün AzerTimes saytının Güney versiyasının (ca.axar.az) yaranmasından 6 il ötür.

1 dekabr 2016-cı ildə fəaliyyətə başlayan versiya Azərbaycan ədəbi dilində, ərəb əlifbasında fəaliyyət göstərən ilk və təəssüf ki, hələlik yeganə saytdır.

Güney versiyası ədəbi dilin işləkliyinin yayılmasına, Güneydəki yaradıcı şəxslərin tanıdılmasına, mədəni əlaqələrimizin genişlənməsinə, Azərbaycan xəbərlərinin orijinalda soydaşlarımıza çatdırılmasına xidmət edir.

Həmkarlarımıza uğurlar arzu edirik.

Qeyd edək ki, versiyanın məsul redaktoru Əlirza Zəmanidir.

Teqlər: