Axar.az Güney müzakirələrinə başlayır

Axar.az Güney müzakirələrinə başlayır

AzerTimes-ın Güney bölməsi “Clubhouse” sosial şəbəkəsinə qoşulub.

AzerTimes xəbər verir ki, hər həftə güneyli milli fəallar və Quzeydən olan ekspertlər bu platformadan istifadə edərək Güney Azərbaycana dair mühüm məsələləri müzakirə edəcək.

İlk müzakirə iyunun 10-da “Güney Azərbaycan mətbuatının bugünkü durumu: problemlər və hədəflər ” mövzusuna həsr olunub.

Mövzunu müzakirə etmək üçün güneyli jurnalist və araşdırmacı İnsafəli Hidayət, ANT televiziyasının rəhbəri və Mərkəz Partiyasının başqanı Saleh Kamrani, güneyli jurnalist və milli fəal Cavad İsmayılbəyli çıxışçı olaraq dəvət olunub.

Söhbət otağının moderatoru Əlirza Zamani və Yaşar Qəhrəmanidir.

“Clubhouse”da görüş Təbriz vaxtı ilə 17:30, Bakı vaxtı ilə 18:00, Mərkəzi Avropa vaxtı ilə 16:00, Toronto vaxtı ilə 10:00-da olacaq.

Müzakirələri yaxından dinləmək və iştirak etmək istəsəyənlər AzerTimes Clubhouse şəbəkəsinə üzv olaraq, bu link vasitəsi ilə dəvətə qoşulmalıdır.

Teqlər: