Avtovağzalda onlayn bilet satışında fasilə yaranacaq

Avtovağzalda onlayn bilet satışında fasilə yaranacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mərkəzi serverlərində onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi üçün texniki-profilaktik işlər həyata keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Kompleks məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan sabah saat 00:00-a qədər texniki-profilaktik işlər həyata keçiriləcək.

“Profilaktik işlər zamanı “avtovagzal.az” saytının fəaliyyətində fasilələr yarana bilər. Yaranacaq müvəqqəti narahatlığın vətəndaşlar tərəfindən anlayışla qarşılanacağına ümid edirik”, – deyə Kompleks bəyan edib.

Teqlər: