Avtoşluq etdi: üzərindən narkotik və bıçaq çıxdı

Avtoşluq etdi: üzərindən narkotik və bıçaq çıxdı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakinindən psixotrop maddə, beşbarmaq və bıçaq aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundanAzerTimes-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Misrixan Əzizov saxlanılıb.

Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Qeyd edək ki, M.Əzizov BMV markalı avtomobili ilə rayon ərazisində avtoxuliqanlıq edərək, digər avtomobillərin hərəkətinə də ciddi maneələr törədib və real qəza şəraiti yaradıb.

Bütün faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə Misrixan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: