Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin yaz sessiyasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

AzerTimes-ın məlumatına görə, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.


Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Teqlər: