Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin
və yük daşımalarına
buraxılış Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar verib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Nazirlər
Kabineti qərara alır:
– “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük
daşımalarına buraxılış Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
– Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6-1-ci bəndinə uyğun edilə bilər.
– Bu Qərar dərc edildiyi gündən 1 (bir) il sonra qüvvəyə
minir.
Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük
daşımalarına buraxılış QAYDALARI