Avtobusun şüşələri adam sıxlığından sınıb? – BNA açıqladı

Xəbər - Fərid Zöhrabov – Trend:

Sosial şəbəkələrdə yayılan görüntülərdə 202 nömrəli marşrut avtobusunda şüşələr sınıb. Bunun avtobusdakı sərnişin sıxlığından baş verdiyi deyilir.

Yayılan məlumatlara aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, avtobusun giriş hissəsində qapının şüşəsi səhər saatlarında qırılıb: “Hazırda avtobus xətdədir avtobusun qapısına yeni şüşə taxılıb. Daşıyıcı şirkət Çinar Trans MMC-nin verdiyi məlumata görə, şüşə rezindən çıxdığ üçün sınıb”.


Teqlər: