Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda mərhələ ilə mümkün olacaq.