Avstriya sabahdan peyvənd olunmamışlar üçün qapanma tətbiq edir

Avstriya, COVID-19 ilə bağlı çətin vəziyyət fonunda, yeni koronavirusa qarşı peyvənd edilməmiş və ya koronavirus infeksiyası keçirməyən insanlar üçün noyabrın 15-dən qapanmalar tətbiq edir.

Trend xəbər verir ki, bu barədə ölkənin kansleri Aleksander Şallenberq məlumat verib.

Peyvənd olunmayanlar evdən yalnız supermarketdə, aptekdə alış-veriş etmək, ehtiyacı olanlara kömək etmək, işləmək və ya gəzmək üçün çıxa biləcəklər. Noyabrın 8-dən peyvənd olunmayanlar artıq restoran, bar, kafe, gözəllik və masaj salonları, fitnes mərkəzləri, kinoteatrlar, teatrlara gedə bilməzlər.

“Dördüncü dalğa tam gücü ilə bizi üstələdi. Bu gün biz qərara gəldik ki, sabahdan, yəni bazar ertəsindən etibarən Avstriyada peyvənd olunmamışlar üçün qapanmalara olacaq. Bu, 12 yaşdan yuxarı insanların evdən çıxmasına məhdudiyyət deməkdir. Yaşayış yerlərini yalnız müstəsna hallarda tərk etmək olacaq”, – deyə kansler bildirib.

Teqlər: