Avstriya Rusiyadan neft idxalını dayandırıb

Avstriya Rusiyadan neft idxalını və emalını dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə Avstriyanın OMV neft-qaz şirkəti
bildirib.

Qeyd olunub ki, şirkət Avstriyanın Şvexat və Almaniyanın
Burqhauzen şəhərlərindəki zavodlarda Rusiya neftini digər
mənbələrlə əvəz edib.

Statistikaya əsasən, Avstriyanın neft idxalında Rusiyanın payı 8
faizə yaxın təşkil edir. İlk üçlükdə isə Qazaxıstan, Liviya və İraq
yer alır. Bu ölkələr Avstriyaya ümumi neft idxalının 80 faizini
təmin edir.