Avstriya kansleri prokurorluğun onunla bağlı apardığı araşdırmalara münasibət bildirib

Avstriya kansleri Sebastian Kurts ölkə prokurorluğunun ona və korrupsiya işi üzrə daha 9 nəfərə qarşı apardığı araşdırmalara şərh edib.

AzerTimes-ın məlumatına görə, bu barədə kansler ORF 2 televiziya kanalının efirində deyib.

S.Kurts rüşvət vermə ilə bağlı şübhələri rədd edib və ona qarşı irəli sürülən ittihamlar fonunda vəzifəsini davam etdirib -etdirməyəcəyi soruşulduqda müsbət cavab verib.


Kansler əlavə edib ki, ona qarşı bütün araşdırmaların konkret sübutlar olmadan aparılıb. O, təqsirsizlik prezumpsiyasını xatırladaraq günahkarlığa dair qərarın ictimaiyyət tərəfindən deyil, məhkəmə tərəfindən verilə biləcəyini vurğuladı.