Avstraliyada koronavirusa yoluxmada rekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avstraliyada son sutka ərzində koronavirusa 116 min yeni yoluxma qeydə alınıb ki, bu da pandemiya dövründə ölkədə ən yüksək göstərici olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, ötən həftə ərzində də Avstraliyada həftəlik yoluxma rekordu yenilənib. Belə ki, son yeddi gün ərzində 364 mindən çox yoluxma qeydə alınıb.

Bugünədək Avstraliyada 858 847 nəfər koronavirusa yoluxub, 2 336 nəfər ölüb.