Avstraliya kruiz gəmilərinə qadağanı ləğv edir

Avstraliya 17 aprel 2022-ci il tarixindən etibarən qitənin
limanlarına kruiz gəmilərinin girişi və yanalma qadağasını ləğv
edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Greg
Hunt bildirib.

Onun sözlərinə görə, tibbi ekspertlərin məsləhəti əsasında,
hökumət 17 apreldən sonra beynəlxalq kruiz gəmilərinin Avstraliya
limanlarına daxil olmasına və qalmalarına qadağa qoymayacaq.

Avstraliya Daxili İşlər Nazirliyinin məlumatına görə,
pandemiyadan əvvəl ölkə hər il 600,000-dən çox sərnişin daşıyan
350-dən çox kruiz gəmisini qəbul edib.

Teqlər: