Avstraliya tam olaraq hərbi kontingentini Əfqanıstandan çıxarıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə qurumunun rəhbəri Piter Datton məlumat verib.
Müdafiə naziri son 20 ildə Əfqanıstandakı hərbi kampaniyada 39 mindən çox avstraliyalı hərbçisinin iştirak etdiyini, lakin son illərdə kontingentin 1,5 min əsgər və 80 zabitə endirildiyini qeyd edib.
P.Datton, həmçinin, qüvvələrin ölkədən çıxmasından sonra da Avstraliyanın terrorla mübarizədə Əfqanıstanın müttəfiqi olaraq qalacağını vurğulayıb.