Avrozonada inflyasiya rekord həddə çatıb

2022-ci ilin martında avrozona ölkələrində inflyasiyas 7,4 faiz
təşkil edərək son 25 il ərzində ən yüksək həddə çatıb.

Trend-in
məlumatına görə, bu barədə Avropa Statistika Komitəsi bildirib.

Qeyd olunub ki, fevralda bu göstərici 5,9 faizə bərabər idi.

Ümumilikdə, fevrfal ayında Aİ ölkələrində illik inflyasiya 6,2
faizə çatmışdı. İnflyasiyaya əsas səbəb kimi enerji ehtiyatlarının
bahalaşması və Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti
göstərilib.

Qeyd edək ki, avrozonaya milli valyutası avro olan 19 Aİ ölkəsi
daxildir.