“Avroviziya”da səsverməni məşhur aparıcı elan edəcək

“Avroviziya”da səsverməni məşhur aparıcı elan edəcək

“Avroviziya-2023” mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticələrini elan edəcək şəxsin adı açıqlanıb.

Bu barədə AzerTimes-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) məlumat verilib.

Məlumata görə, müsabiqədə iştirakçılara münsiflərin verəcəyi səsləri canlı efirdə İTV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.

Müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış aparıcı Azər Süleymanlı olacaq.

Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.

Teqlər: