“Avroviziya” mahnımız təqdim olundu – Video

“Avroviziya” mahnımız təqdim olundu – Video

Emi Lia (Emiliya Yaqubova) “Avroviziya 2024” üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

AzerTimes xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emi Lia “Avroviziya 2024” seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini – “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli edib, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun yazıb. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.

Emi Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.

Qeyd edək ki, ifaçı “Avroviziya 2024” Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.

Teqlər: