“Avroviziya 2023″də ölkəmizi kim təmsil edəcək?

“Avroviziya 2023″də ölkəmizi kim təmsil edəcək?

Bu il Avroviziya mahnı müsabiqəsinə seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Artıq 5 ifaçı – Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti, Azər Nəsibov və onların mahnıları final mərhələsinə seçilib.

Bu sözləri AzerTimes-a açıqlamasında Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova deyib.

O xatırladıb ki, mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib:

“Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.

Teqlər: