Böyük Britaniya, Fransa və Almaniya İranın zənginləşdirilmiş uranın istehsalına dair qərarından ciddi narahatlıqlarını ifadə etdilər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu, üç Avropa ölkəsinin xarici işlər nazirliklərinin yayılmış birgə bəyanatında deyilib.
Bəyanatda deyilir: “Biz, Fransa, Almaniya və Böyük Britaniya Xarici İşlər Nazirləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İranın zənginləşdirilmiş metal uranı istehsal etmək üçün addımlar atdığını təsdiqləyən son hesabatından ciddi şəkildə narahatıq. Bu nüvə silahlarının inkişafına yönəlmiş bir addımdır”.
Tərəflər, həmçinin İranın zənginləşdirilmiş uranı istehsal etmək qərarının Tehranın nüvə proqramı ilə bağlı Vyana danışıqlarının uğurlu olmasını şübhə altına aldığını qeyd ediblər.