“Avrora Qrup”dan kimsəsiz uşaqlara maraqlı hədiyyə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora
Qrup “Nur” uşaq evi və uşaq sığınacağında yerləşən uşaqları
sevindirib. Belə ki, şirkət “Sosial-ictimai məsuliyyət” dəyərinə
sadiq qalaraq ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata
keçirib.

Layihə çərçivəsində “Nur” uşaq sığınacağında məskunlaşan uşaqlar
Qəbələ rayonuna səfər edib. Uşaqlar Qəbələ rayonunda yerləşən
Qəbələnd əyləncə mərkəzində müxtəlif atraksionlardan istifadə edib,
əyləncəli oyunlar oynayıblar. Daha sonra uşaqlar Avrora Qrup
tərəfindən Vəndam kəndində yerləşən istirahət mərkəzində təşkil
edilən bayram şənliyində iştirak ediblər. Burada uşaqlar əyləncəli
vaxt keçirərək, müxtəlif oyunlar oynayıb. Sonda hər bir uşağa
müxtəlif oyuncaqlar da təqdim edilib.

Məlumat üçün bildirək ki, hər il olduğu kimi Avrora şirkəti
2022-ci ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara
xüsusi yer ayıraraq, bu istiqamətdə silsilə tədbirləri davam
etdirməyi planlaşdırıb. Məqsəd gələcəyimiz olan uşaqların üzündə
təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə
dəstək verməkdir.

https://youtu.be/zW3hPONFra8

#AvroraQrup #1iyun #uşaqlargünü #Qəbələ #Azərbaycanıtanıyaq
#Nuruşaqevi #AvroraMMC

Teqlər: