Avropaya gedən ən azı 57 miqrant onları daşıyan qayığın aşması nəticəsində həlak olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatının mətbuat katibi Safa Msexli öz “Twitter” səhifəsində bildirib.
O bildirib ki, hadisə Liviya sahillərinin yaxınlığında baş verib:
“Bu gün Liviya sahillərində, Homs şəhərinin ətrafında qayığın aşması nəticəsində ən az 57 nəfər ölüb. Balıqçılar və sahil mühafizəsi tərəfindən sahilə çıxarılan sağ qalanların dediklərinə görə, boğulanlar arasında ən azı 20 qadın və iki uşaq olub”.