Avropa ilk növbədə Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə öz evində, Avrozonada inflyasiyanın görünməmiş sıçrayışına səbəb olub.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
“Avropanın etdiyi ağılsızlıqdır və indi onlar buna görə Rusiyanı günahkar çıxartmağa çalışırlar. AB səlahiyyətliləri açıq şəkildə deyirlər ki, ABŞ-ın siyasəti birbaşa olaraq Avropanın sənayesizləşməsinə gətirib çıxarır”, – Putin söyləyib.
Putin qeyd edib ki, AB indi ABŞ-a qarşı çıxır:
“İndi AB-dən ABŞ-a qarşı kəskin sözləri eşidilir: “Niyə bizə qarşı belə rəftar edirsiniz?” Bəs siz nə gözləyirdiniz? Ayaqlarını silməyə icazə verənlərə başqa necə davranmaq olar?”