Avropanın ən sürətli superkompüteri istifadəyə verilir

Avropanın ən sürətli superkompüteri istifadəyə verilir

Avropanın ən sürətli superkompüteri Finlandiyada istifadəyə veriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Avopa Komissiyasından məlumat verilib.

“Yüksək Performanslı Hesablama üzrə Avropa Birgə Müəssisəsi (EuroHPC) Finlandiyanın Kajaani şəhərində müasir superkompüter “Lumi”ni təqdim edəcək. “Lumi” Avropada ən sürətli və enerjiyə qənaət edən və dünyada üçüncü ən sürətli superkompüterdir. Superkompüter avropalı istifadəçilər üçün 2022-ci ilin sentyabrında əlçatan olacaq”, – məlumatda qeyd olunub.

“EuroHPC” və Finlandiya, Belçika, Çexiya, Danimarka, Estoniya, Polşa, İsveç, İsveçrə, İslandiya, Norveçin birgə layihəsi olan “Lumi”nin elmi nailiyyətlərə, tibbi və iqlim tədqiqatlarına, xüsusən də xərçəng diaqnozu sahəsinə töhfə verəcəyi bildirilir.

Teqlər: