Siciliyadakı Etna vulkanın növbəti püskürməsi baş verib.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb.
Məlumata görə, püskürmə vulkanın kraterinin cənub-şərqində baş verib. Püskürən sütunun hündürlüyü dəniz səviyyəsindən təxminən 4,5 min metr yüksəkdir.
Qeyd edək ki, Etna Avropanın fəaliyyətdə olan ən hündür vulkanıdır. 2013-cü ildə UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilib.