Arşakyan Dəməşqdə ilk olaraq erməni icması ilə görüşdü

Arşakyan Dəməşqdə ilk olaraq erməni icması ilə görüşdü

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan Dəməşqdə erməni icması və ruhaniləri ilə görüşündə Suriya və bütövlükdə regiondakı vəziyyəti müzakirə edib.

AzerTimes xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb.

Məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya işgüzar səfərə gəlib. Nümayəndə heyətinə deputatlar Rüstəm Bakoyan, Aren Mkrtçyan və Şirak Torosyan daxildir. Görüşdə cari məsələlər müzakirə olunub və görüş iştirakçıları regional çağırışlara, eləcə də təhlükəsizlik məsələlərinə toxunublar.

Qeyd olunur ki, Dəməşqə səfər zamanı bir sıra digər rəsmi görüşlər də planlaşdırılır.

Teqlər: