Avropanın ehtiyatları tez tükənəcək

Avropanın ehtiyatları tez tükənəcək

Rusiya təbii qazının Avropaya tədarükünün dayandırılması yaxın aylarda temperaturun aşağı düşməsi ilə ehtiyatların daha tez tükənməsinə gətirib çıxaracaq və növbəti istilik mövsümlərinə hazırlığı daha da çətinləşdirəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi bildirib.

Bildirilib ki, enerji şirkətlərinin rəhbərlərinin fikrincə, problem ən azı 2025-ci ilə qədər davam edəcək.

Almaniyanın enerji nəhəngi Uniper SE-nin kommersiya direktoru Nik Den Olland söyləyib ki, Avropa gələn qışda daha böyük problemlər yaşaya bilər:

“Ölkələr builki kimi gələn yay anbarlarını doldura bilməyəcəklər”.

Teqlər: