Avropanın bu 4 ölkəsində meşə yanğınları tüğyan edir

Avropanın bu 4 ölkəsində meşə yanğınları tüğyan edir

Portuqaliya, İspaniya, Fransa və Xorvatiyada meşə yanğınları tüğyan edir.

AzerTimes xəbər verir ki, meşə yanğınları yaşayış yerlərini təhlükə altına qoyur, bəzi ölkələrdə isə temperatur 40 dərəcəyə qədər yüksələrək Avropanın böyük hissəsini cənginə alır.

Qeyd olunub ki, Portuqaliyanın mərkəzi bölgəsi olan Leyriyada yanğınsöndürənlər güclü küləklə körüklənən alovla mübarizə aparırlar. Ərazidən çəkilmiş görüntülərdə tüstünün magistral yolların bağlanmasına səbəb olduğu, alovların kiçik kənddə evləri əhatə etdiyi əks olunub.

İspaniyanın qərb sərhədində, Ekstremadura bölgəsində çərşənbə axşamı günü başlayan yanğın Kastiliya və Leon bölgəsindəki Salamanka əyalətinə yayılıb. Cümə axşamı isə 49 uşaq yay düşərgəsindən təxliyə edilib. Regional hakimiyyət orqanları 4000 hektardan çox ərazinin yandığını bildirib.

İspaniyanın AEMET meteorologiya agentliyi ölkənin cənubunda əksər ərazilərdə temperaturun 44 dərəcədən yüksək olacağını proqnozlaşdırır.

Xorvatiya və Fransada da analoji vəziyyətin yarandığı, yanğınsöndürən maşınlarla bərabər, amfibiya təyyarələri və helikopterlərin də meşə yanğınlarının söndürülməsinə cəlb olunduğu vurğulanıb.

Teqlər: