Avropada ukraynalı qaçqınların sayı rekord həddə çatdı

Avropada ukraynalı qaçqınların sayı rekord həddə çatdı

Martın sonuna qədər Avropada müvəqqəti qoruma, yaxud analoji milli müdafiə proqramı əldə etmiş ukraynalı qaçqınların sayı 5 008 482 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

Yanvarın sonu ilə müqayisədə Avropa ölkələrində rəsmi qoruma statusu alan Ukrayna vətəndaşlarının sayı 185 min nəfər artıb.

Teqlər: