Xəbər - Orxan Nəbiyev – Trend:
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1000 dollar həddini keçib.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 028 dollar ətrafında alınıb-satılır.
Qiymətlər ötən sutka ilə müqayisədə 7,5 faiz çox artıb.
Xatırladaq ki, Avropada təbii qaz qiymətləri dekabrın 21-də tarixi rekordu yeniləyərək min kubmetr üçün 2 190 dollara çatmışdı.
Dekabrın 31-də isə bu göstərici 800 dollardan aşağı enmişdi.