Avropada təbii qaz qiymətləri min kubmetr üçün 590 dollar həddini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 590 dollar həddini keçib.

AzerTimes-ın məlumatına görə, səhər saatlarında Niderlandda TTF birjasında qazın oktyabr fyuçersləri 592 dollara alınıb-satılırdı.

Hazırda təbii qaz qiymətləri min kubmetr üçün 586 dollar təşkil edir.

Xatırladaq ki, ötən həftə birjalarda təbii qaz qiymətlər 580 dollar həddini keçmişdi.