Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 200
dolları ötüb.
Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın iyun
fyuçersləri 1 263 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 20 faiz bahalaşıb.
Qeyd edək ki, Ukrayna mayın 11-dən başlayaraq “Soxranovka”
məntəqəsindən təbii qaz tranzitinin dayandırıldığını
açıqlamışdı.
Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi
rekord vuraraq 3 900 dollara çatmışdı.