Avropada təbii qaz 35 faiz bahalaşıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qaz qiymətləri kəskin bahalaşıb.

Trend-in
məlumatına görə, Niderlandın TTF habında təbii qazın min
kubmetrinin qiyməti 1 400 dolları ötüb.

Son saatlarda təbii qazın mart fyuçersləri 1 414,5 dollar
ətrafında alınıb-satılır.

Təbii qaz ötən günlə müqayisədə 35 faizə yaxın bahalaşıb.

Teqlər: