Avropada qazın qiyməti 24 sentyabrdan bəri ilk dəfə 1000 kubmetr üçün 900 dollardan aşağı düşüb.
Trend xəbər verir ki, bu barədə Londonun “ICE” birjasının məlumatlarında deyilir.
Məlumata əsasən, saat 19:42-də Niderlandın TTF habında noyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 897,8 dollar təşkil edib.
Bildirilir ki, qiymətdə son 1 gündə qeydə alınan ümumi azalma 14 faiz təşkil edib.
Oktyabrın 27-si Avropada qaz 1000 kubmetr üçün 1040 dollar səviyyəsində alınıb satılıb.