“Cənub Qaz Dəhlizi” Rusiya qazına yeganə alternativdir – “The Economist”

Avropa Rusiya qazından tamamilə imtina edə bilməyəcək, lakin o, “Qazprom”a alternativlər axtarmalıdır.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Economist” jurnalı yazır.

Bildirilir ki, Rusiyadan tədarüklərə alternativ olaraq yalnız “Cənub Qaz Dəhlizi” nəzərdən keçirilə bilər ki, bu da Azərbaycandan İtaliyaya ildə 10 milyard kubmetrə qədər qaz tədarük etməyə imkan verəcək. Vurğulanır ki, bu layihə bəzi ölkələrdə Rusiya qazının payını azaltmağa kömək edəcək, məsələn, Bolqarıstanda tələbatın 33 faizini Azərbaycandan mavi yanacağın tədarükü ilə təmin etmək olar.


Bundan əlavə, İsraildən təxminən 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilməsi planlaşdırılır ki, bu da ildə daha 20 milyard kubmetr qaz deməkdir: “Lakin bu, bütün Avropanı qazla təmin etmək üçün kifayət etməyəcək. Rusiya qazından tamamilə və ya uzunmüddətli perspektivdə imtina etmək həddindən artıq iddialı təşəbbüsdür”.

Teqlər: