Avropada qaz ucuzlaşmağa başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qazın qiyməti rekord həddə bahalaşdıqdan sonra 10 faizə yaxın ucuzlaşıb.

AzerTimes-ın məlumatına görə, Niderlandın TTF habında təbii qazın min kubmetri hazırda 781,4 dollara alınıb-satılır.

Qeyd edək ki, ötən gün qazın qiyməti 970 dollaradək yaxınlaşmışdı. Günün sonunda isə qiymətlər 796 avroyadək düşmüşdü.

Teqlər: