Avropada koronavirusun üçüncü dalğası başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirusun üçüncü dalğası artıq Avropada başlayıb və bəzi ölkələrdə müxtəlif templərdə artır.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.

O bildirib ki, artıq yoluxmanın üçüncü dalğası müşahidə olunur: “Biz əhalinin peyvəndlənməsinin sürətləndirilməsini zəruri hesab edirik”.


Qeyd edək ki, ötən həftə Avropa İttifaqı ölkələrində koronavirusdan ölənlərin sayı 900 mini keçib.