Avropada koronavirusdan ölüm halları beş faiz artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa regionunda ötən həftə ərzində 2,1 milyondan çox şəxs koronavirusa yoluxub, 28 mindən çox şəxs isə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Qeyd olunur ki, ötən həftə regionda yoluxma halları əvvəlki həftə ilə müqayisədə səkkiz faiz, ölüm halları ilə beş faiz artıb.


Ümumilikdə, yeddi gün ərzində bütün dünyada yoluxmaların 64 faizi, ölüm hallarının 57 faizi Avropanın payına düşüb.

Qeyd edək ki, bugünədək dünyada koronavirusa yoluxanların satı 253 milyon nəfəri ötüb, 5,1 milyondan çox şəxs vəfat edib.