Rusiya İxrac Mərkəzi və Azərbaycan arasında 150-dən çox layihə üzrə müqavilələr imzalana bilər

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyəti və Azərbaycan arasında 150-dən çox layihə üzrə müqavilələr imzalana bilər.

Trend-in mətlumatına görə, bunu şirkətin baş direktoru Veronika Nikişina bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir. Tərəflər əməkdaşlıqda rekord göstəricilər əldə edir. Bu il ticarət dövriyyəsi iki milyard dollardan çox olub. Biz bir sıra uğurlu layihə icra edirik. Bu gün Azərbaycanda 150-dən çox layihə üzrə müqavilələr imzalanacaq. Biz Rusiya məhsullarının Azərbaycana tədarükünün təmin olunmasının qarantı olmağa hazırıq”, – deyə V.Nikişina bildirib.


Onun sözlərinə görə, “Rusiya İxrac Mərkəzi” səhmdar cəmiyyəti Azərbaycanda alternativ enerji mənbələri sahəsində də layihələrin reallaşdırılmasını dəstəkləyir

(Tərcümə: Orxan Nəbiyev)