Avropada istifadə olunmayan yetəri qədər fürsətlər var – Nquyen Anh Tuan

Xəbər - Humay Ağacanova – Trend:

Avropa cəmiyyətin, siyasətin, iqtisadiyyatın yeni modellərini yaradıb təklif edə bilər. Avropa yalnız iqtisadiyyatda liderliyə malik deyil. Bu səbəbdən düşünürəm ki, bu qitədə istifadə olunmayan yetəri qədər fürsətlər var.

AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “Qlobal Səhnədə Avropa İttifaqının (Aİ) Gələcəyi” mövzusunda paneldə çıxış edən Boston Qlobal Forumunun həmtəsisçisi və baş direktoru Nquyen Anh Tuan deyib.

O bildirib ki, yeni modelin yaradılmasında qarşılıqlı fəaliyyət göstərə bilərik: “Biz ölkələri, cəmiyyətləri, hökumətləri bir araya gətirməliyik və bunun üçün sosial protokol lazımdır. Biz qarşımızda olan təhlükələri, problemləri bu üsulla həll edə bilərik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: