Avropa Türkiyədəki qazı almayacaq… – Sikela

Avropa Türkiyədəki qazı almayacaq… – Sikela

Çexiya Avropanın Türkiyədəki qaz habı vasitəsilə rus qazını almayacağına ümid edir.

AzerTimes xəbər verir ki, bunu Çexiyanın sənaye və ticarət naziri Yuzef Sikela deyib.

Nazir Avropada qaz və neftin tədarükü ilə bağlı ciddi müzakirələr getdiyini və Rusiyadan idxalın böyük problem olduğunu bildirib:

“Ukraynada müharibə davam etdiyi müddətdə AB dövlətlərinin rus neft və qazını almamaq haqqında qərarı var. Türkiyədə bir qaz habının qurulmasına gəlincə, onu soruşmaq lazımdır ki, bu mərkəz necə işləyəcək. Çünki Avropa bunun rus qazı olduğunu biləcək. Avropanın bu qazı almayacağını düşünürəm”.

Teqlər: