Avropa İttifaqına (Aİ) Avstraliyanın sualtı qayıqların yaradılması üçün Fransa ilə müqavilədən imtina etməsi ilə əlaqədar vəziyyət fonunda, öz müdafiə potensialını gücləndirmək üçün daha çox səy göstərmək lazımdır.
AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə, Avropa Şurasının sədri Şarl Mişel bildirib.
O qeyd edib ki, Avstraliya ilə Fransa arasındakı müqaviləyə xitam verildiyi bir vəziyyətdə ABŞ Avropa müttəfiqlərinə münasibətdə etibarlılıq çatışmazlığını nümayiş etdirdi:
“Müttəfiqlər üçün əsas prinsiplər – şəffaflıq və güvən, bunlar birlikdə gedir. Biz isə nə görürük? Şəffaflığın və etibarlılığın çatişmadığını görürük”.
Onun sözlərinə görə, Aİ Fransa ilə müqaviləni ləğv etmək qərarının arxasında hansı məqsədlərin dayandığını daha yaxşı anlamalıdır.