Avropa İttifaqında (Aİ) təşkilatın genişlənməsi ilə bağlı fikir
ayrılıqları var.
AzerTimes-ın məlumatına görə, bunu “Le Journal du Dimanche” qəzetinə
müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
Onun sözlərinə görə, 10-11 mart tarixlərində Versalda
keçiriləcək Aİ sammitində sözügedən fikir ayrılıqları ilə bağlı
müzakirələr aparılacaq.
“Aİ-nin genişlənməsini, o cümlədən Gürcüstan və Moldova
vasitəsilə, hətta çətin və aramızda fikir ayrılıqları olsa belə,
müzakirə edəcəyik. Qonşularımızın Avropadakı gələcəyi ilə bağlı
mövqeyimizi aydınlaşdırmaq üçün Versalda müzakirələr aparacağıq”, –
deyə Ş.Mişel bildirib.