Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması barədə qərar qəbul edib

Avropa Şurası Nazirlər Komitəsi bu gündən etibarən Rusiyanın
təşkilatda səlahiyyətlərinin başa çatdırılması barədə qərar qəbul
edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa Şurasının mətbuat
xidməti bildirib.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti Avropa Şurasının baş
katibi Mariya Peyçinoviç-Buriçi Avropa Şurasını tərk etmək barədə
məlumatlandırmışdı.

(Tərcümə: Orxan Nəbiyev)