Avropa Rusiya qazı olmadan bir həftə belə davam gətirə bilməz – Medvedev

Avropa uzun müddət Rusiya qazı olmadan davam gətirə bilməz.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya
Federasiyasının Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri
Medvedev deyib.

“Avropa Komissiyası qazın rublla ödənişini mümkün olduğunu
düşünür və hesab edir ki, Rusiya prezidentinin fərmanı hələ də
Avropa biznesi tərəfindən tətbiq oluna bilər. Biz avropalı
tərəfdaşlarımızın ardıcıllığını və dürüstlüyünü yüksək
qiymətləndiririk… Xüsusilə BVF-nin son məlumatlarına görə, Avropa
bizim qazımız olmadan altı aydan çox davam gətirə bilməz. Ciddiliyə
qalsa, heç bir həftə də davam gətirməz”, – deyə D.Medvedev
bildirib.